Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

Afrika Millətlər Kubokunun qalibi bəlli oldu
07:57 6 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Kamerun yığması Qabonda keçən Afrika Millətlər Kuboku 2017-nin qalibi oldu.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, finalda Kamerun yığması ilə Misir yığması üz üzə gəliblər. Oyun 2:1 hesabı ilə Kamerunun xeyrinə yekunlaşıb.

Kamerun yığmasında qolları Nikolya N'Kulu (59-cu dəqiqə) və Vensan Abubakar (89 dəqiqə) vurublar, Misir yığmasında isə yeganə qolu Məhəmməd Elneni (22 dəqiqə) vurub.

Qeyd edək ki, Kamerun yığması taixində 5-ci dəfə Afrika Millətlər Kubokunun qalibi oldu. Bundan qabaq Kamerun 2002-ci ildə bu turnirin qalibi olmuşdu. Ən çox bu turnirin qalibi Misir yığması olub (7 dəfə).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR