Hindistan səfiri BANM-də olub

Hindistan səfiri BANM-də olub
10:57 6 Fevral 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüşüb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, rektor Elmar Qasımov səfirə təhsil ocağının tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açıb.
Rektor BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümknülüyünü dilə gətirib. 
O, yaxın vaxtlarda Ali Məktəbdə “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.
Hindistanın Azərbaycandakı səfiri Sancay Rana rektorun təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verib.
Hindistanla Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğulayıb. O, Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də söz açıb. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını və bu Ali Məktəblə öz ölkəsinin ali təhsil müəssisələrinin gələcək əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/hindistan-sefiri-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR