"SOS uşaq kəndləri - Azərbaycan"ın Xətai filialının on yeddi yaşlı yetirməsi Pərvanə Alcanova Rusiyanın NTV telekanalının "Sən supersən!" beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib. Müsabiqə iştirakçısı ilə yaxından tanış olaq.

Milli.Az bildirir ki, Pərvanə Alcanova Mingəçevirdə anadan olub.

"SOS uşaq kəndləri - Azərbaycan"ın Gənclər Mərkəzinin rəhbəri Könül Məmmədova bildirir ki, qız mərkəzə gəldiyi ilk gündən oxuyur. "O, təkcə oxumur, həm də rəqs edir. Pərvanə "Buta" rəqs qrupunun üzvüdür və ilk dəfə deyil ki, müsabiqədə iştirak edir. O, dəfələrlə müsabiqələrə qatılıb və orada yerlər tutub. O, diplomlardan tutmuş heykəlciklərə qədər gətirib. Özünü xarici qastrollarda sınayıb və əmindir ki, Moskvadakı müsabiqənin də bütün mərhələlərindən keçəcək", - Məmmədova deyib. Pərvanə bütün boş vaxtını təhsilə həsr edir, idmanla məşğul olur, fəal oyunları sevir, mədəni-kütləvi tədbirlərdə məmnuniyyətlə iştirak edir, indi isə böyük səhnəyə hazırlaşır. Pərvanəyə uğurlar!

"Sən supersən!" layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edir. Musiqili şounun finalçıları "Yeni dalğa" uşaq musiqi müsabiqəsində iştirak edəcəklər və avtomatik olaraq uşaq "Avroviziya" yarışının seçim mərhələsinin finalına qatılacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı uşaqlar Rusiya telekanalında musiqi şousunda - VİDEOAzərbaycanlı uşaqlar Rusiya telekanalında musiqi şousunda - VİDEO

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində