Bu barədə “Report”a S.Quliyevin vəkili Vasif Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 23-nə təyin edilib.
İşə hakim Səbuhi Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, S.Quliyev onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfəf uzadılıb.
S.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.