Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.
Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.
53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.
Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib
Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib
Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib