Yeni İli su altında qarşıladılar (VİDEO)

Yeni İli su altında qarşıladılar (VİDEO)
08:16 7 Yanvar 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada bir qrup dalğıc Miladı fərqli şəkildə keçirib.

ANS PRESS-in məlumatına görə, Ukraynada bir qrup pravoslav dalğıc Milad bayramını delfinlərin ətrafında özünəməxsus dayvinqlə qeyd edib.

Odessadan olan bu dayverlər yeni il və milad bayramı əhval ruhiyəsini özləri ilə sözün əsl mənasında suyun altına apararaq, sualtı yolka qurub və şampan açıb.

Dalğıc klubunun rəhbəri Rostislav Kuroçkin, delfinlərlə ilk dəfə birgə üzdüklərini və bunun möhtəşəm hiss olduğunu deyib.

“Dənizdə üzmüşük, hovuzda da üzmüşük, ancaq delfinariyada üzdüyümüz ilk dəfədir” deyə klub rəhbəri bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR