Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində