"Şpaqat" açan azərbaycanlı müğənni: "Məndən nə istədiklərini anlaya bilmirəm" (FOTOLAR)

Şou-biznesə gələn gündən maraqlı açıqlamaları və görünüşü ilə diqqət çəkən gənc müğənni Könül Şıxəliyevadan yeni xəbər var.

İfaçı idmanla məşğul olarkən çəkilmiş fotolarını "Facebook"da yayıb. K.Şıxəliyeva bildirib ki, fotolarını paylaşması insanlar tərəfindən narazılıqla qarşılanıb:

“Şou-biznesə gəldiyim gündən hər hərəkətim səs-küyə, olaya səbəb olur. İdman edərkən şəkil çəkdirib paylaşıram, bu da söz-söhbətə çevrilir. Məndən nə istədiklərini anlaya bilmirəm. Məgər idman edən zaman çəkilən şəkilləri sosial şəbəkələrdə paylaşmaq günahdır, qəbahətdir? Bunu çoxları edir axı. Formada qalmağı sevirəm, ona görə də hər gün idmanla məşğul oluram. Məni qınayanlara isə demək istəyirəm ki, əcəb edirəm. Görünüşümdən çox razıyam. Amma səhnədə daha da ideal görünmək üçün bir az da arıqlamalıyam. Ona görə də hazırda idmanla daha ciddi məşğul oluram”.

Könül Şıxəliyeva daha öncə "şpaqat" açması ilə gündəmə gəlmişdi. (Teleqraf.com)










Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR