x
Loading...

​ "Tramp dünyanı məhvə sürükləyəcək" - Azərbaycanlı siyasi ekspert

ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı yeni qərar verib. Qərarda bildirilir ki, qeyri-qanuni miqrantlar Meksikaya deportasiya olunacaq. Bundan sonra məhz oradan miqrantlar öz vətənlərinə geri qaytarılacaqlar. Məlumata görə, Meksikanın xarici işlər naziri Luis Videqaray bu qərardan narazı olduqlarını və bununla bağlı BMT-yə müraciət edəcəklərini bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi ekspert Mübariz Əhmədoğlu bildirdi ki, Trampın addımları dünyanı məhvə sürükləyə bilər:

“Son 20 ildə ən böyük problem dünyanı idarə edən dövlətlərin rəhbərliklərində olan səhvlərdir. Yəni, Barak Obama kifayət qədər ciddi qüsurlara yol verdi. Fransada isə 2-3 ildir seçkilərdə tam standarlara cavab verən prezident seçilmir. Böyük Britaniyada nələr baş verdiyini görürsünüz. Dünyanın siyasi elitasında problemlər var. Elə bu problemlər də Donald Trampı prezident kürsüsünə çıxardı.

ABŞ miqrant dövlətidir. Onun ərazisində vaxtilə hindulardan başqa heç bir xalq olmayıb. Sonra portuqallar, danimarkalılar, ən nəhayət isə ingilislər gəlib. Amerika miqrant axını olmadan bu səviyyəyə gəlib çata bilməzdi. Əslində, ABŞ-ın hazırki prezidenti də miqrantdır. O, Almaniyadan köçənlərdəndir. Bu gün Trampın miqrantlarla bağlı məsələyə yanaşması ABŞ tarixinə bir münasibətdir. Bu, təkcə onun mövqeyi deyil. Tramp miqrantlara şans verməlidir. Hazırda ABŞ-ın düşünülmüş, ağıllı siyasətə çox ciddi ehtiyacı var. Düşünürəm ki, belə vəziyyət uzun müddət davam edə bilməz”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR