Mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfəri baş tutacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə E.Məmmədyarov özü cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir danışıqlarla bağlı nikbinlik hiss etmir:

"Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində