Sabirabad sakininin “marixuana əməliyyatı”

Sabirabad sakininin “marixuana əməliyyatı”
11:13 7 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda narkotiklərlə tutulan Sabirabad sakininin rayondakı evindən də marixuana tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ)mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov ətrafında davam etdirilən araşdırmalar zamanı rayonun Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bir gün əvvəl yayılan məlumatda bildirilirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR