Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,5% artıb: "Monitorinq nəticəsində məlum olub ki, ötən ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artıb-enməsi onunla əlaqəlidir. Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1 500 AZN/kv.metrdən baha olan mənzillərin payı (əsasən, Nərimanov, Nəsimi və Səbail rayonları) 23,35% təşkil edibsə, yanvarda bu, 23,86% olub. Beləliklə, bahalı mənzillərin payı təklif portfelində 0,51 faiz bəndi artıb. Bu da, 2017-ci ilin yanvarında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Nəticədə, yanvarda Bakı şəhəri üzrə yeni tikililərin orta bazar qiyməti 1 438 AZN/kv.m. təşkil edib".
Təklif portfelinə gəlincə, keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb.
Təkrar bazarda yeni tikili mənzillərin qiymət deyişməsi aşağıdakı kimi olub:
Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. 2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9 faiz bəndi azalma müşahidə olunub. “Çıxarışsız” olan mənzillər əsasən Yasamal rayonunda (31%), “Çıxarışlı” mənzillər isə Xətai rayonunda (23%) yerləşir.
Satışa təklif olunan mənzillərin əsas payını, yəni 72%-ni təmirli mənzillər tutur, təmirsiz mənzillərin payı isə 28% olub. Təklif portfelində “Kreditlə” təklif olan mənzillər də mövcuddur, lakin ümumi portfeldə onların payı cəmi 1,2%-dir.
Bakı şəhərinin rayonları üzrə yeni tikililərin orta bazar qiyməti aşağıdakı kimi olub: