“Report” nazirliyə istinadən xəbər verir ki, iş adamlarından iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı və 3 ulduzli otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.
Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az