Məktəb müdiri maşınında öldürülmüş vəziyyətdə tapıldı

Məktəb müdiri maşınında öldürülmüş vəziyyətdə tapıldı
10:32 15 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Düzce qəsəbəsində, Rza Malatyalı orta məktəbinin 37 yaşlı direktoru Sait Tekin avtomobilində silahla boynundan vurularaq öldürülmüş halda tapılıb.

Milli.Az gazetevan-a istinadən xəbər verir ki, park halında olan 06 DYG 67 nömrəli avtomobildən şübhələnən sakinlər polisə xəbər veriblər.

Hadisə yerinə gələn polislər sürücü oturacağında oturan Tekinin bir güllə ilə vurularaq öldürüldüyünü təyin ediblər. 

Bir müddət əvvəl həyat yoldaşından boşanan 2 uşaq atası Sait Tekinin günorta saatlarından etibarən itkin düşdüyü, ailəsinin ondan xəbər almadığı deyilir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR