Bir neçə gün əvvəl İlham Tumas Apa tv-dən ayrılmışdı. Saytımıza açıqlamasında o işdən ayrılma səbəbinin yaradıcılıq baxımından fikirlərin üst-üstə düşməməsi ilə əlaqələndirmişdi.
Bu gün isə İ.Tumas Publika.az-a açıqlamasında Apa tv-də fəaliyyətini davam etdirəcəyini deyib.
“Həftənin 5-ci günü "İlham Tumasla 40 dəqiqə" ilə Apa tv-nin efirində olacam. Anlaşmazlıq olmuşdu, həll etdik. Qərara aldıq ki, davam edək. Bundan sonra həmin verilişlə Apa tv-də fəaliyyətimi davam etdirəcəm”.