Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 17-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 17-ci mərtəbədən atdı
09:48 16 Mart 2017
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR