Şəmkir rayonunda 72 yaşlı kişi üzüm çardağından yıxılıb ölüb.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, martın 15-də Şəmkir rayonunun Dəllər Cəyir kəndində 72 yaşlı Sahib Seyidov həyətində üzüm tənəklərini budayarkən hündürlükdən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində