Yunan-Roma güləşçilərimiz dünya ikincisi oldu

Yunan-Roma güləşçilərimiz dünya ikincisi oldu
21:43 17 Mart 2017
176 İdman
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Publika.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR