x
Loading...
.

Ordumuzun düşməni darmadağın edəcək silahları

Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi diqqət nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlıq daha da güclənib. Müdafiə Nazirliyinin ştat strukturu artıq NATO ölçülərinə uyğunlaşdırılır.

"Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində Azərbaycan sülhməramlıları dünyanın müxtəlif münaqişə bölgələrində “sülhü dəstəkləmə əməliyyatları”nda fəal iştirak edirlər. NATO-nun Bakıdakı Standartlaşdırma Ofisi tərəfindən “standartlaşdırma və uzlaşma seminarları” keçirilir.

Cəbhəxanamız təxminən 750 adda silah və hərbi sursat, müxtəlif snayper tüfəngləri, “Zəfər- K”, “Zəfər – İnam” tapançaları, minaatanlar, qumbaralar, minaaxtaran qurğu və vasitələrlə zəngindir.

Dünya silah bazarında öz imzası ilə çıxış edən ölkəmiz “İstiqlal” snayper tüfəngi, “Mübariz” snayper tüfəngi, onlarla digər döyüş texnikası ilə tanınır.

Ordunun müasir silahlarla təchizatı, yeni hərbi hissələrin istifadəyə verilməsi, zabit və əsgərlər üçün müasir ölçülərə uyğun xidmət yaşayış şəraitinin, tədris və istirahət otaqlarının, döyüş texnikası üçün saxlamaların yaradılması ordunun əzmkarlığını daha da artırır.

Ömrünün 30 ilindən çoxunu cəbhə xəbərlərinə həsr edən, ehtiyatda olan mayor, hərbi jurnalist Rahib Qərib ictimaiyyətlə ordunun vəhdətinin yaratmağa nail olunduğunu deyib:

“1-ci Qarabağ savaşı zamanı silah-sursat qıtlığı ucbatından neçə-neçə döyüş və döyüşçünün taleyi əleyhimizə həll oldu. Atılan mərmilərin əksəriyyətinin partlamadığına şahid olmuşam. Hazırda vəziyyət tamamilə başqa cürdür. Aprel döyüşləri zamanı ordumuz Ermənistan Silahlı birləşmələrinin müxtəlif diversiya əməliyyatlarına qarşı operativ və düzgün taktika seçməklə mübarizə apardı. "Torpaq, uğrunda ölən varsa, vətəndir!". Şəhid verməyimizə baxmayaraq, 20 ildən çox işğal altında olan Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kimi ərazilərin düşmən tapdağından azad olunması xalqımızın qələbəsidir. Marşımız əbədi olsun!".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR