“Levon Ter-Petrosyan ərazilərin qaytarılması, Qarabağ
münaqişəsinin həlli məsələsini gündəmə gətirərək, hakimiyyətə
gəlmək istəyir”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr
İskəndəryan deyib.
Onun sözlərinə görə, Ermənistanda müharibənin olmamasını,
münaqişəsinin həllini istəyən təbəqələr var:
“Petrosyan da həmin təbəqənin dəstəyini əldə etmək üçün
ərazilərin qaytarılması ideyasını irəli sürür. Hansı ki, bu ideya
1990-cı illərin sonlarında onun tərəfindən irəli sürülmüşdü. İndi
görünür, cəmiyyətdə bu ideyanı dəstəkləyənlərin sayı çoxalıb.
Petrosyan da bu ideya üzərindən çıxış edərək, hakimiyyətə gəlməyi
planlaşdırır”.
Asif