Odessa vilayətinin eks qubernatoru, “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili bu dəfə özünü tamamilə fərqli ampluada sınayıb.
Metbuat.az bildirir ki, o, Ukraynanın “Zik” telekanalında yayımlanacaq “Druqaya Ukraina” (Başqa Ukrayna) həftəlik tok-şousunun aparıcısı olacaq.
Bu haqda özünün "Facebook" səhifəsində yazan Saakaşvili studiyanın fotosunu da paylaşıb.
“Biz 27 martda “Zik də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Demək olar ki, veriliş gərgin keçdi. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəm” deyə Saakaşvili bildirib.
Aytən Novruzova / Metbuat.az