Rusiya prezidenti Vladimir Putin yeni sərəncam imzalayıb.
Metbuat.az bildirir ki, artıq vətəndaşların siyahıya alınması internet üzərindən aparılacaq.
Onlayn siyahıyaalma federasiya tarixində ilk olacaq.
Yeni qanunun vətəndaşlar üçün də sərfəli olacağı deyilir. Bu yolla onlar ümumfederasiya siyahıyaalınmasında asanlıqla iştirak edə biləcək.
Aytən Novruzova / Metbuat.az