Bakının mərkəzindəki dəhşətli qətllə bağlı ŞOK FAKTLAR - EKSKLÜZIV

Bakının mərkəzindəki dəhşətli qətllə bağlı ŞOK FAKTLAR - EKSKLÜZIV
14:14 7 Yanvar 2015
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Öldürülən gənc Bakı şəhər İcra Hakimiyyətində işləyirmiş

Dünən Bakının Səbail rayonu ərazisində, Sahil bağında törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Naməlum şəxs tərəfindən bıçaqlanan, 26 yaşlı dostu qətlə yetirilən Orxan Məmmədzadə Lent.az-a eksklüziv açıqlamada hadisənin necə baş verdiyini danışıb. 22 yaşlı O.Məmmədzadə deyib ki, dünən axşam saatlarında Sahil bağında dostu ilə gəzintiyə çıxıbmış: “Dostum Həsənlə gəzintiyə çıxmışdıq, o, itini də götürmüşdü. Qarşımızda gedən 4 nəfər qız itdən qorxduqları üçün çəkildilər. Mən isə dedim ki, qorxmayım, dişləyən itlərdən deyil. Bu zaman kənardan 26-27 yaşlı bir nəfər yaxınlaşdı, dedi ki, “it dişləyə də bilməz”. Həmin oğlana dedim ki, qardaş qarnının ağrısı nədir?, nə istəyirsən? O dava salmağa başladı, bıçaq çıxardıb mənə 2, Həsənə isə 1 zərbə endirdi. Həsənin düz döş qəfəsindən, ürəyindən vurmuşdu. Ona görə də öldü”.

 

O.Məmmədzadə əlavə edib ki, dostu Həsən Həsənov bir neçə gün əvvələdək Bakı şəhər İcra Haimiyyətində işləyirmiş: “O, Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində nəzarətçi işləyirdi, bir neçə gün əvvəl işdən çıxmışdı”.

 

Bıçaqlanan şəxs əlavə edib ki, onlara hücum edən şəxsi əvvəldən tanımayıb və o, böyük ehtimalla itdən qorxan qızların arxasıyca düşübmüş.

 

 

Qeyd edək ki, dekabrın 6-sı saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu Sahil bağında bıçaqlanıblar. H.Həsənov hadisə yerindəcə keçinib. O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR