ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinə zəng vuraraq başsağlığı verib.

O, baş verən hadisədən dərin hüzn keçirdiyini bildirib.

Hər iki prezident terrorizmə qarşı mübarizədə əməkdaşlığı daha da artırmağın vacibliyini bildirib.

Metbuat.az bildirir ki, Tramp Putinə hadisə günahkarlarının tapılmasında öz yardımını təklif edib.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda baş verən hadisədə 11 nəfər ölüb, 50-dən çox yaralı var.

Faktla bağlı araşdırmalar davam edir.

Aytən Novruzova / Metbuat.az