Türkiyə Suriya sərhədini keçməyə çalışan 18 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, saxlanılanlar arasında uşaq və qadınlar da var. Əslən çeçen olan şəxslərdən birinin üzərindən 1,5 kq-lıq partlayıcı qurğu və 2 qumbara tapılaraq götürülüb.

Qeyd edək ki, oxşar hadisə 2017-ci ilin yanvarında da baş verib. Türkiyənin Mersin əyalətinin polisi sərhədi keçərək, İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 4 çeçeni saxlayıb.

Aytən Novruzova / Metbuat.az