Rusiyalı sahibkar İngiltərə Premyer Liqasının köhnə loqotipinə qarşı iddia qaldırıb.

Metbuat.az xəbər verir ki, mübahisə obyektinə çevrilən brend İngiltərə Premyer Liqasının 2016-cı ilə qədər olan loqotipi olub.

Başı taclı şirin pəncəsini top üzərinə qaldıraraq qoyması təsvirinin əks olunduğu loqotip Rusiyada təhsil, idman və mədəni tədbirlər üçün qadağan olunub. Sahibkar isə məhkəməyə müraciət edərək, məhsulların üzərində eyni loqonun olması ilə qeydiyyata alınmasının dayandırılmasını istəyib.

Məhkəmə hələ ki, qərar çıxarmayıb.

Aytən Novruzova / Metbuat.az