Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.

Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

O, danışıqların Bakıda keçiriləcəyini bildirib: "Ekspertlərimiz buna hazırlıq görür".

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib. //Trend