Neftçalada qəza: motosiklet minik avtomobili ilə toqquşdu

Neftçalada qəza: motosiklet minik avtomobili ilə toqquşdu
23:08 9 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 27 yaşlı Səlimağa Heydərağa oğlu Quliyev idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan bayker Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR