İspanaqlı pomidor dolması - RESEPT

İspanaqlı pomidor dolması - RESEPT
07:05 10 Aprel 2017
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən ara öyünü, ya da qəlyanaltı olaraq hazırlaya biləcəyiniz, aşağı kalorili ispanaqlı pomidor dolmasının reseptini təqdim edir.

Ərzaqlar:
 
-1/2 ispanaq
-2 diş sarımsaq
-200 qr süzmə qatıq
- 6 ədəd orta boy pomidor
- Duz, istiot, qırmızı bibər
 
Hazırlanması:
 
İspanaqları yaxşıca yuduqdan sonra duzlu suda qaynadın. Süzdükdən sonra incə-incə doğrayın. Süzmə qatıq qırmızı bibər, duz, istiot və əzilmiş sarımsaqla qarışdırın. İspanaqları da içinə əlavə edin. Pomidorları iki yerə bölüb içini oyun. İspanaqlı, qatıqlı içliklə doldurun. İstəsəniz, üstünə xırda doğranmış qoz da əlavə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/531651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR