Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
11:17 10 Aprel 2017
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. 

Bu gün saat 10:30-dək 66 564 abituriyent (60080-i Azərbaycan, 6484-ü Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 26016-sı  (23562-si Azərbaycan, 2454-ü Rus bölməsinin məzunu) I, 18810-u (16640-ı Azərbaycan, 2170-i Rus) II, 17029-u (15722-si Azərbaycan, 1307-si Rus) III, 4709-u (4156-sı Azərbaycan, 553-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. 
 
Saat 10:00-dək 31926 abituriyent V ixtisas qrupuna, 33069-u isə tam orta ixtisas təhsili müəssisəılərinə qəbul olmaq üçün sənəd verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR