Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.

Metbuat.az-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.

Humanitar yardım Heydər Əliyev beynəlxalq hava limanından "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib ki, ümumi kütləsi 76 tona yaxın olan humanitar yardıma 56 ton müxtəlif növ ərzaq məhsulları (qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR