Ölülər üçün oxunan dualar qəbul olunmur

Son zamanlar dünyasını dəyişən insanlara dirilər tərəfindən hansı tipli hədiyyələr olunması məsələsi maraq doğuran suallardan birinə çevrilib.

Əvvəllər qəbiristanlıqda mollaların ölülərə Yasin surəsi oxuduğunun şahidi olardıq. Lakin hazırda vəziyyət xeyli dəyişib.

Texnikanın inkişafı ilə mollalara müraciətlərin sayı kəskin azalıb. Mollalar texnikanın bazarlarını öldürdüklərindən gileylənir. Belə ki, xüsusilə gənclər telefonlarına Yasin surəni yazdıraraq, qəbiristanlığa aparıb orada səsləndirirlər. Bu yolla əlavə xərcdən qurtulmağa çalışdığını düşünənlər isə xüsusilə dindarlar tərəfindən qınaq obyektinə çevrilir. Onlar bu duanın Allah qarşısında qəbul edilmədiyini düşünür.

Məsələ ilə əlaqədar Metbuat.az-a müsahibə verən ilahiyyatçı Elşad Miri Yasin surəsinin telefon vasitəsilə səsləndirilməsinə münasibət bildirib.

“Allah Quranı dirilər üçün, düzgün yaşayış üçün göndərib. İstər canlı formada, istərsə də telefona yazılmış surəni səsləndirməklə edilən duaların heç bir fərqi yoxdur. İnsan öz duasını diri ikən elədiyi əməllərə görə qazanır. Qəbiristanlıq insana yalnız ölümü xatırlatmaq üçündür. Qəbiristanlığa gedib ölünün cənnətə düşməsi məqsədilə edilən duaların heç bir əhəmiyyəti yoxdur. Bu cahillikdən başqa bir şey deyil”.

İlahiyyatçı Teyyub Süleymanov da Metbuat.az-a açıqlama verərək, məsələyə münasibət bildirib.

“İslam ən ali dindir. Bu cür əməllərlə bəzi şəxslər İslam dinini gözdən salmağa çalışır. Telefona surə yazdırıb qəbir üstündə oxutdurmaq nadanlıqdan başqa bir şey deyil”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR