Rusiyadan Türkiyəyə YENİ QADAĞA

Rusiyadan Türkiyəyə YENİ QADAĞA
20:13 10 Aprel 2017
257 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiya aviaşirkətlərinə məktub göndərərək Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu haqda Tourdom.ru portalı bildirib.

“Rosaviasiya”nın başçısının müavini Oleq Klimin imzası ilə göndərilən məktubda qeyd edilir ki, federal agentlik Türkiyədə mürəkkəb daxili siyasi vəziyyətlə əlaqədar belə ölçülərə baxır. Məktubda aviaşirkətlər ölkəyə çarter proqramlarının planlaşdırılması zamanı bu faktı nəzərə almağa çağırılır.

Turoperatorlar da “Rosaviasiya”dan belə xəbərdarlıq aldığını təsdiqləyiblər.

TASS agentliyinə də həmçinin Rusiya aviaşirkətlərindən birindəki mənbə Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında bildirib.

Turizm biznezinin nümayəndələri qeyd edirlər ki, belə ölçülər adi səyahətçilərlə yanaşı, turoperatorlar və agentlikləri də mənfi nəticələrlə hədələyir. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda turbiletlərin ən azı 30 faizinin satışı bu istiqamət üzrədir.

Qeyd edək ki, Türkiyəyə qeyri-müntəzəm reyslərə qadağa 2015-ci ilin noyabrında Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dayandırılmışdı. Bu məhdudiyyət 2016-cı ilin avqustunda aradan qaldırılıb. Rusiyadan Türkiyəyə ilk çarter reysi isə sentyabrda həyata keçirilib.

Son vaxtlar isə Türkiyə və Rusiya arasında Suriya məsələsi ilə əlaqədar yenidən gərginlik yaranıb.

Gözə-göz, dişə-diş? - Moskva və Ankara arasında YENİ MÜHARİBƏ

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR