İnsan orqanizmində sinkin rolu

İnsan orqanizmində sinkin rolu
08:37 11 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan orqanizmində 1.5-3 qram sink var. Yəni qadınlarda 15, kişilərdə isə 2.5-3 qram. Onun 60 faizi sümük və əzələ toxumasında, 20 faizi isə dəridədir. Elementin ən yüksək səviyyəsi eritrosit və leykositlərdə, kişilərdə isə prostat vəzisi və spermada olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bunu Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova bildirib.

Həkim deyib: "Bu elementin insan orqanizmində funksiyası zülalların, yağların və karbohidratların sintezi və parçalanmasında iştirak etməkdir. Bundan əlavə sink orqanizmdə leykositlərin, anticisim, hormonların fəaliyyətinə təkan verir. Orqanizmin müqavimətini artırır. Bundan əlavə sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyur, antioksidant təsiri göstərir. Sink 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştirak edir.

Sinkin məsləhət görülən sutkalıq dozası 10-15 milliqramdır.

Bədəndə sink defisiti özünü müxtəlif formalarda büruzə verə bilər. Belə ki, bu çatışmazlıq depressiya, əsəbilik, immun sistemin zəifləməsi, infeksiyalara həssaslığın artması, xroniki mədə-bağırsaq xəstəlikləri, alkoqol serrozu və digər qaraciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə bu elementin orqanizmdə azlığı diareya, iştahanın itməsi, çəkinin azalması, qanazlığı, furunkulyoz, dermatit, ekzema, trofik yaralar kimi dəri xəstəlikləri ilə də müşahidə oluna bilər. Orqanizmdə sink çatışmazlığı insulin miqdarının azalması, şəkərli diabetin inkişafı və erkən qocalmaya da yol aça bilər.

Qida məhsullarında təbii sink mənbələri maya, balqabağı və küncüt tumu, araxis, yumurta, dənli çörək, qoz, araxis yağı, qara gavalı, yaşıl soğan, turpu və s. qeyd etmək olar.

Orqanizmdə sinkin artıqlığı mədə-bağırsaq pozğunluqları, baş ağrıları, bu element tərkibli birləşmələrlə zəhərlənmə ilə müşahidə oluna bilər. Bundan əlavə sink artıqlığı misin və dəmirin mənimsənilməsini çətinləşdirir.

Sinkin artıq dozalarda qəbulu ürəyin işemik xəstəliyi, ateroskleroz, birinci aoteosorkomaya səbəb ola bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR