Deputat: "Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatı üçün çox vacibdir"

Deputat: "Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatı üçün çox vacibdir"
11:27 11 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının inkişafı ilə bağlı səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr bilavasitə ölkə iqtisadiyyatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına yönəlib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, kənd təsərrüfatı sahəsində müəyyən məsələlər təcili və fəal şəkildə həll olunmalıdır:

"Dövlət başçısı tərəfindən verilən tapşırıqlar kənd təsərrüfatı sahəsində sürətli inkişafa nail olmaq məqsədi daşıyır. Prezident İlham Əliyev eyni zamanda sahibkarlığın inkişafına diqqətin daha da artırılması məsələsinə toxundu. Bütün bu tədbirlər neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Ona görə də dövlət başçısı ölkənin vacib sahəsi olan kənd təsərrüfatının inkişafını ən önəmli bir vəzifə kimi qarşıya qoyub".

Deputat vurğulayıb ki, regionlarda iqtisadiyyatın inkişafı üçün xeyli işlər görülüb:

"Ancaq aqrar sahənin inkişafı ilə əlaqədar yerlərdə əkin sularına ehtiyac var. Ona görə də, Prezident İlham Əliyev tapşırıq verib ki, mütərəqqi suvarma texnologiyalarından istifadə etmək lazımdır. Eyni zamanda aqrar sahədə kadr potensialının inkişafına diqqət yetirilməlidir, çünki yeni gətirilən müasir, kompüter sistemi ilə təchiz edilmiş texnikanın istifadəsi yeni savadlı kadrların olmasını tələb edir. Bütün bu tədbirlər göstərir ki, bu gün aqrar sahənin inkişafı mühüm bir vəzifədir və Prezidentin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqlar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR