Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə etdi

Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə etdi
13:47 11 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.

Məlumatda qeyd olunur ki, N.Patruşev və R.Mehdiyev Rusiya və Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun qarşılıqlı və konstruktivlik üzərində qurulduğunu qeyd edib.

Bakıya səfərinin sonunda N.Patruşev Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşü zamanı iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR