Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək
18:32 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmayacaq.

Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.
 
Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR