Magistratura imtahanının birinci mərhələsinin nəticələri elan olunub

Magistratura imtahanının birinci mərhələsinin nəticələri elan olunub
18:39 11 Aprel 2017
175 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

 

 

DİM-dən Lent.az-a verilən məlumata görə, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

 

Bildirək ki, imtahanda iştirakı nəzərdə tutulan 13081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.

 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR