Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydasına dəyişiklik edildi

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydasına dəyişiklik edildi
18:57 11 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli fərmanı ilə təsdiq edilmiş "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Qaydanın 1.6-cı bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

"1.6. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin, 50 faizi isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR