“Müxalifət ABŞ-ın yeni zərbələri üçün...” - Rusiyadan ŞOK İDDİA

“Müxalifət ABŞ-ın yeni zərbələri üçün...” - Rusiyadan ŞOK İDDİA
20:13 11 Aprel 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada kimyəvi silahların istehsalı və saxlanılması üzrə iki obyekt müxalifətin nəzarət etdiyi ərazidə yerləşir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının baş operativ idarəsinin müdiri, general-polkovnik Sergey Rudskoy brifinqdə bildirib.

Onun sözlərinə görə, Suriya hakimiyyətinin nəzarəti altında olan ərazilərdəki bütün kimyəvi silah obyektləri məhv edilib.

“Kimyəvi Silahların Qadağası Təşkilatının ekspertləri də kimyəvi silahın istehsalı və saxlanılması üçün istifadə olunmuş 12 obyektdən 10-nun məhv edilməsini təsdiq ediblər. Suriya hakimiyyəti qalan iki obyektə girişə malik deyil. Bu obyektlər müxalifətin nəzarət etdiyi ərazidədir. Buna görə də Kimyəvi Silahların Qadağası Təşkilatının ekspertləri bu obyektlərdə olan kimyəvi silahların məhv edilməsi faktını təsdiq edə bilmir”, - o deyib.

Rudskoy xatırladıb ki, 2013-cü ildən 2016-cı ilə qədər Kimyəvi Silahların Qadağası Təşkilatının nəzarəti altında kimyəvi silahın istehsalı üzrə obyektlərin xüsusi avadanlığı yararsız vəziyyətə gətirilib və kimyəvi silahın çatdırılmasının bütün vasitələri məhv edilib.

“Zəhərli kimyəvi preparatlar Amerikanın “Keyp Rey” gəmisinə yüklənmişdi. Onlar daha sonra ABŞ, Böyük Britaniya, Finlandiya və Almaniyanın müəssisələrində istifadə edilib”, - Rusiya generalı vurğulayıb.

Rudskoy bildirib ki, döyüşçülər ABŞ-ın zərbələrini provakasiya etməklə Suriyanın bir neçə rayonuna zəhərləyici maddələr gətirirlər.

“Belə addımların yolverilməzliyi haqqında xəbərdarlıq edirik”, - general deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR