Xərçəngli xəstələrdə dişlərə diqqət

Xərçəngli xəstələrdə dişlərə diqqət
21:22 11 Aprel 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstəliyi olan kəslərdə cərrahi müdaxilənin yanında kimyaterapiya, şüaterapiya kimi əlavə müalicə üsullarının də tətbiq olunduğunu ifadə edən mütəxəssislər hər cür diş müalicəsinin xərçəng müalicəsinə başlamazdan əvvəl başlanmasının vacibliyini vurğuladı. Xəstələr ağız içi mənfiliklərin şiddətini azaltmaq üçün ağız təmizliyini qorumağa təşviq edilməli, nizamlı olaraq, gündə 3-4 dəfə, xüsusilə yeməklərdən sonra 30 dəqiqə ərzində və yatmadan əvvəl ağız təmizliyini edəcək şəkildə motivasiya edilməlidirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  dişin fırçalaması çox yumşaq bir fırçanın köməyi ilə və peroksid ehtiva etməyən florid və karbonat tərkibli bir diş pastası ilə edilməlidir. İki ayrı diş fırçası dəyişdirilərək istifadə edilməli və xlorheksidinli və ya hipoxloridli məhlullarda yuyularaq, qurudulmalıdır.
 
Ağız qarqarası və elektrikli diş fırçası istifadəsi məsləhət deyil. Xəstə əgər diş ipi istifadə edirsə, şamlı və lent diş ipi istifadəsi məsləhətdir. Dişlər fırçalandıqdan sonra gündə ən az dörd dəfə, səhər, günorta, axşam yeməyindən sonra və gecə yatmadan əvvəl bir stəkan qaynadılıb soyudulmuş suya yarım çay qaşığı sodası əlavə edilərək hazırlanan ağız qarqarası edilməsi tövsiyə edilir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR