Gündə 100 ədəd saç teliniz tökülərsə...

Gündə 100 ədəd saç teliniz tökülərsə...
22:47 11 Aprel 2017
304 Ölkə
Ölkə mətbuatı
A- A+

Saçların​ tökülməsi hər yaşda və hər kəsdə müşahidə edilə bilər. Saçların​ tökülməsi tez-tez rast gəlinən dermatoloji bir problemdir. Eyni zamanda kişilərdə və qadınlarda hər yaş dövründə də müşahidə edilə bilər. Deyerler.org-un xəbərinə əsasən, gündə 100 ədəd saç telinin tökülməsi normaldır, amma tökülmənin səviyyəsində ciddi bir artım olarsa, ən qısa bir müddətdə bir dermatoloqa müraciət edilməlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, saç tökülməsinin tam olaraq səbəbi aşkar edilməyib, ciddi bir endokrin pozulması və ya qan azlığı kimi bir xəstəliyin əlamətləri də ola bilər.
 
Saçların​ tökülməsinin bir çox səbəbi ola bilər
 
Kişilərdə və qadınlarda saçların​ tökülməsi fərqli formalarda reallaşa bilər. Kişilərdə saçların​ tökülməsi (androgen) və ya üst hissədə seyrəlmə, saç xəttinin geriyə çəkilməsi şəklində baş verir. Bu adətən irsi uyğunluq və hormonal problemlərdən qaynaqlanır. Qadınlarda saçların​ tökülməsi (telogen effulium), burada bütün saçlı sahələrdə bərabər nisbətdə saçlarda azalma baş verir. Bu tip saçtökülməsi fizioloji olduğu kimi dəmir, sink, biotin kimi vitamin, mineral çatışmazlıqlarına da bağlı ola bilər.
 
Dövrümüzdə saç mezoterapiyası olduqca tez-tez istifadə olunan təsirli bir müalicə üsuludur. Saç mezoterapiyası ilə saçların sağlam böyüyüb inkişaf etməsi üçün lazım olan vitamin, antioksidant, mineral və qan dövranı tənzimləyici maddələr mikro iynələrlə birbaşa saçlı dəriyə yeridilir. 1 sm fasilələrlə dəriyə yeritmə prosesi təmin olunur və saç dərisinə masaj tətbiq olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR