"Bakıda avtomobil sıxlığı bir çox xəstəliklərə yol açır"

"Bakıda avtomobil sıxlığı bir çox xəstəliklərə yol açır"
15:12 12 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Atmosferi çirkləndirən nəqliyyat vasitələri arasında avtomobillərin payı 85 faizə qədərdir.

Milli.Az xəbər verir ki, bunu report-a AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib.  

Onun sözlərinə görə, nəqliyyat vasitələri cəmiyyətin fəaliyyətində zəruri mexanizmlərdən olmaqla yanaşı, xeyli problemlər yaradır: "Avtomobillərin hərəkəti zamanı yaranan tullantılar təbiətin bütün komponentlərinə, o cümlədən insan sağlamlığına mənfi təsir göstərir. Ümumiyyətylə, atmosferi çirkləndirən nəqliyyat vasitələri arasında dəniz-çay nəqliyyatının payı 5-5,3 faiz, dəmiryolu nəqliyyatı 3,7 faiz, kənd təsərrüfatı sahəsində istifadə olunan texnikaların payı isə 2,5 faiz təşkil edir. Avtomobillərin daxiliyanma mühərrikindən biosferə 260-dan artıq zərərli kimyəvi birləşmələr buraxılır. Bunun əsas hissəsi karbon, azot oksidləri, aldehidlər və s. Bunlar isə olduqca zərərli maddələrdir. Atmosferə atılan bu maddələr torpağa da çökür. Hava, torpaqda əkilən bitkilər vasitəsilə insan orqanizminə keçir".

Şöbə müdiri deyib ki, Azərbaycanda 1,2-1,3 milyon nəqliyyat vasitəsinin təxminən 950 minə yaxını Bakıdadır: "Bu sıraya paytaxt qeydiyyatında olmayanları da aid etsək, bir milyondan çox nəqliyyat vasitəsi olur. Bunun da 80 faizə yaxını yüngül avtomobillərdir və bunlar da insanların sağlamlığını təhdid edir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlar Avropanın iri şəhərlərində uşaqlar arasında olan bronxial astmanın 2,6 dəfə, ümumiyyətlə, dermatitin 2,5, anadangəlmə ürək, onkoloji xəstəliklərin dəfələrlə artmasında nəqliyyat vasitələrinin böyük rol oynadığını göstərir. Nəqliyyat vasitələrinin buraxdığı tullantılar uşaqlarda allergik, nəfəs orqanları, qan dövranı, dəri, dərialtı hüceyrə xəstəliklərinin əsas mənbəyi sayılır. Hətta nəsilvermə qabiliyyətinin gerilməsinin səbəbləri arasında nəqliyyat vasitələrindən atmosferə atılan maddələrin rolu təsdiqlənir".

Ə.Əliyev vurğulayıb ki, avtomobillərin ziyanlı cəhətlərindən biri də onların yaratdığı səs-küydür: "Şöbə tərəfindən axşam saatlarında (saat 17:00-18:00 arası) Bakı şəhərinin sıxlıq çox olan əsas yollarında, məsələn, Hüsü Hacıyev, Füzuli küçəsində, Neftçilər prospektində aparılan tədqiqatlar səsin 75-85 desibeldən çox olduğunu göstərib. Əslində isə səs 56 desibeldən yüksək olarsa, sağlamlığa ziyan vurur. Avtomobillərin istər daxliyanma mühərrikindən amosferə atılanlar, istərsə də səs-küyü Bakı şəhərində əhalinin sağlamlığına ciddi təsir edir. Nəqliyyat vasitələrinin, məskunlaşmanın azaldılması, paytaxta daxil olan avtomobillərin siqnal verməsinə qadağa qoyulması problemlərin həllinə kömək edə bilər".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR