Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.
Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə əsgərin qohumları epress.am-a deyiblər. O, Arpi kəndinin sakini olub. İnformasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib. Deyib ki, əsgərin ölümünün səbəbləri haqda daha sonra məlumat veriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində