"Qalatasaray" "Barselona"nın oyunçusu ilə maraqlanır

"Qalatasaray" "Barselona"nın oyunçusu ilə maraqlanır
20:05 21 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Xavyer Maskerano mövsümün sonunda "Barselona"dan getmək barədə düşünmür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı müdafiəçi klub rəhbərliyindən ona görə ediləcək təklifləri nəzərdən keçirməməyi xahiş edib. Bununla yanaşı, Maskeranonun növbəti mövsüm ehtiyat futbolçuya çevrilməsi də istisna deyil. Belə ki, baş məşqçi dəyişikliyi reallaşacaq "Barselona"da heyət islahatı aparılacaq. Komandaya daha bir mərkəz müdafiəçisinin gətirilməsi mümkündür. "Barselona" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq Maskerano ilə "Qalatasaray" da maraqlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR