Xırdalanda gülməli yol nişanı - FOTO

Xırdalanda gülməli yol nişanı - FOTO
17:47 7 Yanvar 2015
308 Sosial
Ölkə mətbuatı
A- A+

Bu vəziyyət yol nişanlarının tətbiqi qaydalarına zidd olmaqla yanaşı, məntiqə də uyğun deyil
Bu şəkil Xırdalan şəhərinin mərkəzi küçəsində çəkilib. Şəkildəki 1-ci nişanı (üstdəki nişanı) hamı yaxşı tanıyır: bu, 3.27 - “Dayanmaq qadağandır” nişanıdır. Aşağıdakı nişan isə 7.3.3 “Qüvvədə olma istiqaməti” lövhəciyidir.



Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən, 7.3.3 lövhəciyi yalnız dörd yolun əmələ gətirdiyi yolayrıcının qarşısında 3.2-3.9 qadağan nişanları ilə birlikdə tətbiq oluna bilər. 7.3.3 nişanının yolayrıcı qarşısında 3.2-3.9 nişanlarından biri ilə tətbiq edilməsi o deməkdir ki, bu yolayrıcından həm sağa, həm də sola dönən yola müvafiq qadağan nişanının qüvvəsi şamil olunur.

Məsələn, mətnə əlavə olunan 2-ci şəkildə 3.2 və 7.3.3 lövhəciyi birgə tətbiq olunub. Bu, o deməkdir ki, həmin yolayrıcında nəqliyyat vasitələrinin sağa və sola hərəkəti qadağandır.



Lakin Xırdalan şəhərində çəkilmiş şəkildə 7.3.3 lövhəciyinin yolun ortasında ayırıcı zolaqda geriyə və sola dönmə yerindən sonra qoyulduğunu görürük. Bu vəziyyət yol nişanlarının tətbiqi qaydalarına zidd olmaqla yanaşı, məntiqə də uyğun deyil.

Yəqin ki, həmin nişanları qoyanlar bu yolun həm sağ tərəfində, həm də sol tərəfində dayanmanın qadağan olunduğunu demək istəyirlər. Amma həmin yolun sol tərəfində dayanmaq onsuz da kobud qayda pozuntusu olacaqdır, çünki bunun üçün ayırıcı zolağın sol tərəfi ilə əks istiqamətdə hərəkət etmək lazımdır (buna görə 100 manat cərimə və 4 bal nəzərdə tutulur). Əks tərəfdən gələnlər isə onsuz da, bu nişanı görmürlər. Həmin yerdə hər iki tərəfdə dayanma və durmanı qadağan etmək üçün 3.27 nişanını hər iki tərəfdə adi qaydada qoymaq lazımdır.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR