Aeroport yolunda qəza olub.
Milli.Az criminal.az-a istinadən xəbər verir ki, hadisə ''Komsomol'' dairəsi kimi tanınan ərazidə baş verib. Yük maşını xətlənmiş dairədə ''Mercedes'' markalı avtomobillə toqquşub.
Yük maşını sürətlə hərəkətdə olan zaman dairəyə girən ''Mercedes''in üzərinə çıxıb, sonra idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb.
Qəzaya yük maşının səbəb olduğu bildirilir. Yol dairəyə daxil olan ''Mercedes''in olsa da, yük maşını yol nişanının tələbini pozub və qəza qaçılmaz olub.
Hadisə yerinə yol polisi gəlib, araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində