Bakıda dayanacaqda avtobus sərnişini vurub

Bakıda dayanacaqda avtobus sərnişini vurub
16:57 1 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Bakıda dayanacaqda avtobus sərnişini vurub.
“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 23 yaşlı Şıxmuradov Nazim Ədilxan oğlu yol istiqamətində irəli çıxarkən onu gözlədiyi “Daewoo” markalı sərnişin avtobusu vurub. N.Şıxmuradov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Daewoo” markalı sərnişin avtobusunun nömrəsi məlum olmasa da, Bülbülə qəsəbəsi istiqamətində getdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-dayanacaqda-avtobus-sernisini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR