Xatun həmkarına qarğış etdi - VİDEO

Xatun həmkarına qarğış etdi - VİDEO
19:47 1 May 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

"Ona həmişə qarqış edirəm. Bir toy təklifi gəlmişdi, beh də almışdım. Toyumu əlimdən aldı, çörəyimə bais oldu".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Sənətçi adını açıqlamadığı həmkarının onun toyunu əlindən aldığını söyləyib:

"Bütov toy danışmışdım. Sonra beh verdiklərinə görə, məcbur yarımsaatlıq getdim. Həmin insan mənim yarımsaatlıq qiymətimdən az aldı. Ən dəhşətlisi odur ki, məndə səsyazıları var. Deyir, heç kəsin çörəyinə bais olmuram. Başqa müğənnilərə də belə edib, çörəklərinə bais olub.

Tələbatlı müğənni deyil. Heç kəs onu ailəsinin içərisinə buraxmır. Deyir ki, gəlirəm ansambılla birlikdə nə verərsiz verərsiz. Ona demək istəyirəm ki, Allah səni islah etsin. Ona həmişə bəddua edirəm. İnsanlığın bu dərəcəyə gəlib çıması... Onu heç yerdə görmək istəmirəm. Adını çəkməyəcəm, münasibətimiz heç vaxt olmayıb. Xəstə idi, onun yanına da getdim. Amma o bunu başa düşmədi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Xatun həmkarına qarqış etdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR