Azərbaycanda şərab reklamı məhdudlaşdırıla bilər

Azərbaycanda şərab reklamı məhdudlaşdırıla bilər
12:43 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda şərabçılıq məhsullarının reklamını məhdudlaşdırmaq təklif olunur.

Trend-in məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.

“Üzümçülük və şərabçılıq haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının mətbuat orqanlarında və televiziyalarda, internet informasiya ehtiyatlarının ön səhifələrində reklamının qadağan edilməsi təklif olunur.

Bundan başqa, həmin içkilərin nəqliyyat vasitələrinin üzərində reklamı qadağan oluna bilər.

Tündlüyü 5 faizdən çox olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer alınmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2749088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR